12 C
Baku
Saturday, November 23, 2024

Bir VLOOKUP, yoxsa iki LOOKUP? Hansı daha sürətlidir?

Maliyyəçilər, insan resursları əməkdaşları, analitiklər və böyük məlumat bazası ilə işləyən hər kəsin funksiyalar bölməsində ən çox istifadə etdiyi funksiyalardan biri də VLOOKUP (Şaquli axtarış) funksiyasıdır. LOOKUP (Axtarış) funksiyası ilə işləyərkən ilk öncə verilənlərin sıralanması və bəzən gözlənilməyən dəyərlərin qaytarılması bu funksiyanın populyarlığını daha da azaltmışdır. Buna baxmayaraq,  VLOOKUP (Şaquli axtarış) funksiyası da bu sahədə ideal  deyil. Səbəb isə bu funksiyanın sürətinin az olmasıdır. Yəqin ki, aşağıdakı şəkildə görünən hissə böyük məlumat bazası ilə işləyənlər üçün çox tanış bir mənzərədir. Funksiyanın işləmə müddəti dəqiqələrlə vaxt aparır.

11

Bu problemin həll edilməsi üçün iki LOOKUP (Axtarış) funksiyasının birlikdə istifadəsinə baxacağıq. Aşağıdakı cədvəldə VLOOKUP (Şaquli axtarış) funksiyası ilə LOOKUP (Axtarış) funksiyasının sürət fərqini görə bilərsiniz.

22

Yuxarıdakı fərqləri nəzərə alsaq, LOOKUP (Axtarış) funksiyasına ehtiyac daha da artır. Çünki VLOOKUP (Şaquli axtarış) funksiyasından fərqli olaraq, LOOKUP (Axtarış) funksiyası binary (ikili) axtarış metodu ilə axtarış edir ki, bu da daha yüksək sürət deməkdir.

Lookup (Axtarış) funksiyası barədə yuxarıda ətraflı məlumat verilmişdi. Bu funksiyanın istifadəsi zamanı əvvəldə də deyildiyi kimi axtarılacaq sütunda sıralanmanın aparılmaması gözlənilməyən nəticələr verə bilər. Məsələn, A sütununda məlumatları sıralamasaq, aşağıdakı xanadakı kimi funksiya səhv nəticə qaytaracaq. Çünki 13-cü ay axtardığımız verilənlər bazasında yoxdur.

33

Bu xətanı aradan qaldırmaq üçün iki LOOKUP (Axtarış) funsiyasını IF (Əgər) funksiyasından istifadə edərək iç-içə yazacağıq.

=IF(D2=LOOKUP(D2; $A$2:$A$13); LOOKUP(D2; $A$2:$B$13); #N/A)

44

Beləliklə, iki LOOKUP (Axtarış) funksiyasından istifadə edərək yekun nəticəni doğru aldıq. Buna baxmayaraq, LOOKUP (Axtarış) funksiyasından istifadə edərkən axtarış aparılan verilənlər bazasındakı məlumatları kiçikdən böyüyə və ya A-dan Z-ə sıralamaq lazımdır. Əks halda, funksiya doğru nəticə qaytarmayacaq.

Xatırladaq ki, bu məqalə INNAB-ın məhsulu olan “55 Dərsə Excel” kitabından götürülmüşdür. Kitabda bu kimi praktiki həllərlə yanaşı Excelin bütün əmr və menyuları, 222 funksiyası izah edilmişdir. Aşağıdakı linkdən qeydiyyatdan keçməklə kitabı ünvanınızda əldə edə bilərsiniz. Kitabın qiyməti 20 AZN-dir. Mövzuların daha da yaxşı başa düşülməsi üçün kitabın üzərində video disk də hədiyyə edilir. Bundan əlavə kitabı əldə edən oxucular innabCellin imkanlarından faydalanma imkanı verilir.

Ətraflı məlumat üçün 050 290 6121 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

1

Son xəbərlər
Digər xəbərlər