9 C
Baku
Friday, December 13, 2024

Birbank Biznes-lə biznes həyatınız rahat və sürətlidir

®Birbank Biznes bizneslə məşğul olan şəxslərə rahat imkanlar yartamaq üçün onlayn və sürətli xidmətlər təklif edir. Bu imkanlardan biri də bank qarantiyası məhsuluna aiddir. Belə ki, müştərilər “Sürətli tender” üzrə qarantiya məktubunu Birbank Biznes vasitəsilə tam olaraq onlayn şəkildə ala bilərlər.

Bu rəqəmsal xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, filiala gələrək vaxt itirməyə və kuratora, bank əməkdaşına müraciət etməyə ehtiyac yoxdur. Qarantiyanın ayrılması üçün biznes sahibləri Birbank Biznes vasitəsilə müraciət edə bilərlər. Müraciət ərizəsi isə avtomatik sistem vasitəsilə formalaşır. Daha sonra müştəri ərizəsini ASAN imza ilə təsdiq edərək, məktubu tam olaraq onlayn formada əldə edir.  

Birbank Biznes-in “Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir; limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir.

Qeyd edək ki, Birbank Biznes-də sahibkarların hər gün istifadə etdiyi bir sıra məhsullar var:

– Qarantiya məhsulları: tender, icra, avans, keyfiyyət, ödəniş, gömrük qarantiyası və s.

– Sürətli tender

– Nağd təminatlı qarantiya 

– “Biznes overdraft”

– Ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə: faktorinq, satışın

  maliyyələşdirilməsi, təchizat öncəsi maliyyələşmə

– Gömrük krediti 

– Sürətli kredit

– Biznes ipoteka krediti

– Maliyyə lizinqi

– Ənənəvi kredit / Kredit xətti

Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business saytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin.

Son xəbərlər
Digər xəbərlər