11 C
Baku
Monday, November 18, 2024

Birbank taksit kartı sahiblərinə Trendyol-da faizsiz taksit imkanı!

®Birbank taksit kartı sahiblərinə Türkiyənin ən məşhur onlayn alış-veriş platformalarından biri olan Trendyol-da (https://trendyol.com) məhsul sifariş edərkən yeni sərfəli kampaniya təqdim edilir. Şərtlərə görə kart sahibləri istədikləri məhsulu sifariş edərkən 3 aylıq faizsiz taksit imkanından yararlana bilərlər. 

Sözügedən alış-veriş saytında və mobil tətbiqində ödəniş edən zaman müştəriyə SMS-bildiriş gələcək və əgər kart sahibi istəsə ödədiyi məbləği 3 ay ərzində bərabər hissələrlə banka qaytara biləcək. Bu imkandan faydalanmaq üçün minimal ödəniş və əməliyyat sayı tələbi yoxdur. Kampaniya 18 iyun 2023-cü il tarixinədək davam edəcək. Ətraflı məlumat üçün – https://kbl.az/bbtr3mp

Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. 

Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.  

Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

Son xəbərlər
Digər xəbərlər