16 C
Baku
Monday, October 28, 2024

Birgə nikahda alınan əmlaka qeydiyyatda olan qohumun mirasdan pay tələb etmək haqqı varmı?

Azərbaycan qanunvericiliyinə əsasən, birgə nikahda alınan ev ər və arvadın birgə mülkiyyəti hesab olunur. Lakin bəzi hallarda bu evdə qohumlar, məsələn, qayınana, baldız və ya qayın da qeydiyyata düşə bilirlər.

Belə olan halda ev sahibi qəfildən rəhmətə gedərsə, evdə qeydiyyatda olan qohumlar mirasdan pay tələb edə bilərlərmi?

Mövzu ilə bağlı hüquqşünas Emil Aslanov bildirib ki, qanunvericiliklə qeydiyyat məsələsində heç bir pay bölgüsü nəzərdə tutulmayıb.

“Evin mülkiyyətçisi rəhmətə getdikdə birinci növ vərəsələrə, yəni yoldaşına, anasına, atasına və övladlarına pay düşür.

Əgər mülk birgə nikah dövründə əldə edilibsə, bu halda ev ər-arvad arasında ikidəbir hissədə bölünməli, ondan sonra isə vərəsələr arasında bölünməlidir. Əgər ər vəfat edibsə, onun payına düşən ikidəbir hissədə yenidən arvadın da payı var, digər birinci növ vərəsələrin də.

Qanuna görə, əgər ev satılırsa və ya bağışlanırsa, evdə qeydiyyatda olanların razılığı alınmalıdır. Əgər razılıq vermirlərsə, o zaman mülkiyyətçi onları qeydiyyatdan çıxarmaq hüququna da malikdir, o halda ki, onların mülkdən istifadə hüququ yoxdur”, – deyə hüquqşünas bildirib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər