18 C
Baku
Thursday, May 16, 2024

Birinci nəsil iPhone hərracda 40 min dollara satılıb

“Auctions” hərrac evinin saytında verilən məlumata görə, 2007-ci ildə buraxılmış açılmamış iPhone bazar günü hərracda 39 340 dollara satılıb. “Birinci nəsil smartfon demək olar ki, əla vəziyyətdə qalıb. O, yenidir və aktivləşdirilməyib”, – mesajda deyilir.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Həmçinin vurğulanır ki, ilk dəfə Stiv Cobs 2007-ci il yanvarın 9-da təqdim etdiyi iPhone smartfon sənayesini həmişəlik dəyişdirərək “zəmanəmizin ən mühüm və geniş yayılmış ixtiralarından birinə” çevrilib.

Business Insider xəbər portalının qeyd etdiyi kimi, 2007-ci ildə ilk iPhone modeli 599 dollara başa gəlib. ABŞ Əmək Departamentinin Statistika Bürosunun məlumatına görə, inflyasiya nəzərə alınmaqla hərracda satılan smartfon bu illər ərzində təxminən 45 dəfə bahalaşıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər