6 C
Baku
Saturday, December 14, 2024

Birinci nəsil iPhone hərracda 63 min dollara satılıb

Birinci nəsil iPhone hərracda 63 356 dollara satılıb. 15 il əvvəl “Apple” ilk iPhone-nu 599 dollara satmışdı ki, bu da cihazın hazırkı qiymətinin 100 dəfə yüksək olması deməkdir.

Hərrac fevralı 2-də açılıb. 2007-ci ildə buraxılan iPhone üçün tender 2500 dollardan başlayıb. Onun 50 min dollara satılacağı gözlənilsə də, hərrac fevralın 19-da 63 min dollardan yüksək qiymətlə başa çatıb.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

2007-ci ildə “Apple”ın ən yeni smartfonları 3.5 düymlük ekran, 4 və ya 8 GB yaddaş və 2 MP kamera kimi göstəricilərə sahib olub.

Hərracda satılan iPhone tatu ustası Karen Qrinə məxsus olub. Smartfon ona hədiyyə verilsə də, xanım hədiyyəsini açmayıb. Səbəbi isə iPhone-un Verizon simsiz şəbəkə provayderi tərəfindən dəstəklənməməsi idi.

Son xəbərlər
Digər xəbərlər