12 C
Baku
Tuesday, November 19, 2024

Birinci rübdə əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-ci ilin birinci rübü ərzində 13 003 şəxsə əlillik təyin edilib.

Nazirlikdən verilən xəbərə görə, onlardan 6 034-nə ilkin, 6 969-na isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Son xəbərlər
Digər xəbərlər