Ümumdünya Qızıl Şurasının (WGC) hesablamalarına görə, birjadankənar (OTC) əməliyyatlar istisna olmaqla, qızıla qlobal tələb 2024-cü ilin birinci rübündə 5% azalaraq 1.102 min ton təşkil edib.
Bununla belə, birjadankənar bazarın təsirli ölçüsünü nəzərə alaraq, ümumi tələbat 3% artaraq 1.238 min tona çatıb ki, bu da 2016-cı ildən bəri ən yüksək göstəricidir.
WGC qeyd edir ki, investorlar tərəfindən birjadan kənar alışlar şəffaf deyil, lakin qiymət artımının sürətində və miqyasında əks olunur.