9 C
Baku
Thursday, December 12, 2024

Birinci yarımildə Azərbaycanda dövlət satınalmalarının məbləği ₼1 milyardı keçib

2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda dövlət satınalmalarının məbləği 1 milyard 92.7 milyon manat təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Bu dövrdə 2721 müsabiqə əsaslı satınalma keçirilib. Bunlardan 30-u açıq tender, 1531-i elektron açıq tender, 1023-u kotirovka sorğusu, 137-si isə təkliflər sorğusu üsulu ilə həyata keçirilib.

Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanda dövlət satınalmalarının məbləği 6 milyard 779.2 milyon manat (2021-ci illə müqayisədə artım 12.8%) təşkil edib.

Son xəbərlər
Digər xəbərlər