16 C
Baku
Wednesday, May 1, 2024

Birinci yarımillikdə Almaniya Azərbaycana minik avtomobillərinin ixracını təxminən iki dəfə, elektromobil ixracını 13 dəfə artırıb

2023-cü ilin birinci yarısında Almaniya Azərbaycana minik avtomobillərin ixracını ötən ilin eyni dövrü ilə müqayisədə pul ifadəsində 1.9 dəfə – 57.055 milyon avroya qədər artırıb. Bu barədə Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) məlumatında bildirilir.

Xüsusilə, mühərrik silindrlərinin iş həcmi 1500 kub. sm-dən 3000 kub. sm-yə qədər olan alovlanan porşenli daxili yanma mühərriklii nəqliyyat vasitələrinin ixracı 2.8 dəfə artaraq 13.149 milyon avroya çatıb.

Kənar elektrik enerjisi mənbəyinə qoşulma ilə yüklənə bilənlər istisna olmaqla, həm alovlanan porşenli daxili yanma mühərriki, həm də elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin tədarükü 10.4% artaraq 11.502 milyon avroya çatıb.
Yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin tədarükü 13.3 dəfə artaraq 10.116 milyon avroya çatıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər