17 C
Baku
Tuesday, April 30, 2024

Birja -əfsanəvi milyonerlər

Birja 19-cu əsrin mifologiyasında kifayət qədər vacib rol oynamışdır. Bura sanki bir pul məbədidir, burda minlərlə sərvətlər yaranır və məhv olur, ən dəlisov arzuların dünyaya göz açdığı və ən cılız intriqaların öz başlanğıcı götürdüyü bu möcüzəvi, eyni zamanda da dəhşətli yer bir sıra rəssamların və romantiklərin ilham mənbəyi olmuş, onları ruhlandırmışdır. Biz Balzak və Zolyanın  neçə-neçə qəhrəmanını, Qavarni və Domyenin neçə-neçə personajının taleyin qaçılmaz hökmünü xəstə baxışlara  gözləməsinin şahidi oluruq. Həmçinin də kazino, böyük otelləri, okeanlar arası laynerlər, Bronyar sarayının kapitalizmin təntənəsi dövründə necə zənginlik və müvəffəqiyyət simvoluna çevrilməsinin və insanlar, cəmiyyəti, əvvəllər heç vaxt olmayan və heç vaxt da təkrarlana bilməyəcək bir cazibə qüvvəsi ilə özünə cəlb etməsini izləyirik.

Səhm, obliqasiya və renta məsələləri ilə məşğul olan fond birjalarının  yaranması səhmdarlar cəmiyyətinin yaranması ilə eyni bir dövrə təsadüf edirsə, adi ticarət birjalarının tarixi antik dövrlərə qədər gedib çıxır. Bir-biriləri ilə razılığa gəlmək, məhsul alıb-satmaq, müəyyən cəmiyyətlərdə birləşmək  məqsədi ilə afinalı tacirlər Pirey limanında toplanırdı, burda bir növ daimi birjalar fəaliyyət göstərirdi. Romalılara gəldikdə isə onlar forumlarda ən müxtəlif məqsədlərə xidmət  edən böyük bazilikalar düzənləməyə üstünlük verirdi. (dini, mədəni və s)

Əsrin ortalarında tacirlər əmanət bankları ilə qısamüddətli kreditlər verən kommersiya banklarını bir-birindən fərqləndirməyə başlayır. Onlar valyuta məzənnələrini təsis edir və mütəmadi keçirilən yarmarkalarda öz aralarında razılığa gəlirdilər.

Yalnız 14-cü əsrin sonunda Avropanın ticarət paytaxtlarında əsl ticarət birjaları yaranmağa başladı.
Birja sözünün mənşəyini məhz Van der Burse ailəsində axtarmaq lazımdır, onların Brüqqe şəhərindəki evi həmin dövrün əsnafların və tacirlərin əsas görüş yerinə çevrilmişdi. Bu flamand maliyyə mərkəzlərinin digər Avropa şəhərləri qarşısında daha üstün mövqeyə malik olmasını sübut edir (Antverpen XIV əsr, Amsterdam-XVII əsr).

Son xəbərlər
 ⁠
Digər xəbərlər