Nyu-Yorkun “Comex” birjasında iyul ayı gümüş fyuçerslərinin qiyməti troy unsiyası üçün 37 dolları ötüb. Qiymətli metal 2012-ci il fevralın 29-dan bəri ilk dəfə həddi aşıb.
İyunun 9-da Bakı vaxtı ilə saat 22:36-da gümüşün qiyməti 1 troy unsiyası üçün 37,025 dollar (+2,41%) təşkil edib. İyunun 10-da Bakı vaxtı ilə saat 05:01-də qiymətli metalın qiyməti artımını ləngitərək 36,84 dollara (+1,91%) düşüb.
İlin əvvəlindən gümüş 22%-dən çox bahalaşıb.