2026-cı ilin fevral ayında tədarük olunacaq qızıl fyuçersinin qiyməti troya unsiyası üçün 4400 dolları keçib. Bu barədə Nyu-Yorkun “Comex” birjasının məlumatlarında deyilir.
Dünən Bakı vaxtı ilə saat 20:18-ə olan məlumata görə, qızılın birja qiyməti troya unsiyası üçün 4 407,5 dollara çatıb. Lakin saat 23:17-yə doğru qiymətli metalın dəyəri birjada 4 363,8 dollara qədər enib.
2026-cı ilin mart ayında tədarük olunacaq gümüş fyuçersinin qiyməti isə saat 23:17-də “Comex” birjasında troya unsiyası üçün 65,250 dollar təşkil edib. Dünən gümüşün qiyməti 67 dolları ötərək tarixi maksimumunu yeniləyib.






