Birjalar ABŞ-ın Çinlə bağlı açıqlaması ilə ‘sarsılır’ – Yuan devalvasiya edilir?

0
Birja

Bu gün ABŞ Çini maliyyə manipulyasiyalarında günahlandırıb. Tərəflər arasında ticarət müharibəsinin kəskinləşməsi amerikan birjaların “sarsılması” na gətirib çıxarıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Lakin, Çin milli valyutası – yuanı devalvasiya etmək niyyətində olmadığına görə, investorlar bir qədər “sakitləşiblər”.

Asiya-Sakit Okean regionunun aparıcı indeksləri kəskin azalma göstəriblər: Hong-Kongun Hang Seng, Tayvanın Taiex, Şanxayın Shanghai Composite və Yaponiyanın Nikkei 2% düşüb. Kotirovkaların düşməsi ABŞ-da keçirilən hərracların başa çatmasından iki saat sonra baş verib. Dow Jones 2,9% , S&P 500 2,98%, Nastaq isə 3,5% düşüb

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Çin verdiyi vədləri yerinə yetirmir və bu amil tərəflər arasındakı münasibətləri daha da pisləşdirir. Qeyd edək ki, daha əvvəl Çin hökuməti Amerikadan kənd təsərrüfatı məhsullarını almaqdan imtina edib. 

Aparıcı birjalarda çaxnaşmaya baxmayaraq, Asiyanın investorları bir qədər sakitləşiblər: ticarət sessiyası 0,5-1,4% azalma ilə başa çatıb. Avropa birjaları 0,1% azalma, Almaniyanın Dax birjası isə 0,4-0,5% artım göstərib. 

Ekspertlərin fikrincə, Çin hökuməti yuanı devalvasiya etməyəcək. Danske Bank-ın analitiki mövzu ilə bağlı bildirib: “ABŞ və Çin arasındakı münasibətlərin kəskinləşməsi, qeyri-müəyyənliyi daha da gücləndirir. Bütün bunlar o deməkdir ki, Çin ABŞ-a zərbə endirmək üçün yuanın devalvasiyasına belə əl ata bilər. Çinin Mərkəzi Bankı rəhbərinin bəyanatı bunu təsdiq edir. Biz həmçinin hesab edirik ki, yuanın devalvasiyanı Çinə qarşı çevrilə bilər. Məsələn, 2015-2016-cl illərdə yuanın devalvasiyası təhlükəsi ölkədən kapital axınının güclənməsinə gətirib çıxarıb”.