11 C
Baku
Monday, November 25, 2024

Birjalarda neft qiymətləri ucuzlaşmaqdadır

ABŞ FED-inin faiz dərəcələrini artırmağa davam edəcəyinə işarə etməsi, qlobal iqtisadi artım və yanacağa tələbatın azalacağı ilə bağlı narahatlıqları artırması ilə neft qiymətlərdəki itkini bir qədər də artırdı.

Banker.az xəbər verir ki, Brent markalı neftin aprel fyuçersləri dünənki 2% ucuzlaşma ardından, buğun daha 0.42% sent ucuzlaşaraq bir barel üçün 82.70 dollara düşüb. WTI markalı xam neftin aprel fyuçersləri 21 sent azalaraq barrel üçün 76.15 dollar olub. WTI markalı mart müqaviləsi çərşənbə axşamı günü 18 sent azalaraq başa çatdı.

Federal Ehtiyat Sistemi çərşənbə günü son iclasının protokollarını açıqlayacaq. Sabah isə ABŞ-da mühüm iqtisadi infikatorlar açıqlanacaq. Əmək bazarındakı göstəricilərin gözləntidən daha yaxşı nəticələr verməsi dollar üçün bahalaşma təzyiqi yaradacaq.

Daha yüksək faiz dərəcələri dolları qaldırmağa meyllidir, bu da dollarla ifadə olunan nefti digər valyuta sahibləri üçün bahalaşdırır.

Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-dan gələn digər iqtisadi hesabatlar bəzi narahatedici əlamətlər göstərib. Mövcud evlərin satışları ötən ay 2010-cu ilin oktyabrından bu yana ən aşağı səviyyəyə düşüb, 12-ci aylıq azalma, 1999-cu ildən bəri ən uzun seriya saymaq olar.

Son xəbərlər
Digər xəbərlər