Dünya birjalarında neftin qiyməti ucuzlaşaraq cari ilin avqust ayının 22-dəki qiymətə düşüb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:36 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 23 sent, yəni, 0.36% azalaraq 72.63$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 26 sent, yəni, 0.36% ucuzlaşaraq 72.66$-a təklif olunub.