8 C
Baku
Thursday, March 28, 2024

Birjalarda neftin qiyməti kəskin artıb

Dünya birjalarında Brent neftinin dəyəri avqust ayındakı kəskin enişdən sonra ilk dəfə 66 dolları/bareli ötüb. Səbəb isə S.Ərəbistanının neftin nəqli ilə bağlı yarandığı problemlə bağlı olduğu ehtimal edilir.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:20 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 4.93$ yəni, 8.99% artaraq 59.78$-da qərarlaşıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 6.08$, yəni, 10.10% bahalaşaraq 66.30$-a təklif olunub.

Qeyd edək ki, 1 avqust tarixində Brentin dəyəri 65 dollardan 60 dollara qəfil enişlə ucuzlaşmışdı.

Son xəbərlər
Digər xəbərlər