12 C
Baku
Saturday, November 23, 2024

“Birkart” ən iri kapitala sahib BOKT-a çevrildi – 83 mln. manat!

“Kapital Bank” ASC-nin törəmə kredit təşkilatı “Birkart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.

Banker.az xəbər verir ki, “Birkart” BOKT-nin nizamnamə kapitalı 83.3 milyon manata yüksəldilib.

Bu da kapitalın 20.21 mln. manat və ya 32% artımıdır.

BOKT bununla da Azərbaycanda fəaliyyətdə olan qeyri-bank kredit təşkilatları içində ən iri nizamnamə kapitallı BOKT-dir.

Buna qədər 1-ci yerdə “Aqrarkredit” QSC BOKT idi və onun nizamnamə kapitalı 45.34 mln. manat təşkil edirdi.

Digər sıralarda 38.89 mln. manatla “Para” BOKT ASC və 17 mln. manatla “TBC Kredit” BOKT-dir.

Son xəbərlər
Digər xəbərlər