12 C
Baku
Saturday, November 23, 2024

“Birkart” BOKT aktivlərini 4 dəfə artırıb

“Kapital Bank” ASC-nin törəmə kredit təşkilatı “Birkart Bank Olmayan Kredit Təşkilatı” MMC 2022-ci ildə aktivlərinin həcmini illik müqayisədə 4 dəfə artırıb.

Banker.az bu barədə BOKT-un rüblük hesabatına istinadən xəbər verir.

“Birkart” BOKT hesabat müddətinin əvvəlindəki 8 mln. 238 min manatlıq cəmi aktivlərini 30 mln. 707 min manata çatdırıb. Aktivlərinin böyük hissəsi – 20 mln. 754 min manatı investisiyadır. Bu öncəki ildə 7 mln. 444 min manat idi.

“Birkart” BOKT hesabat müddətində 310.06 min manat ümumi gəlir əldə etməklə öncəki ildən 67% zəif nəticə göstərib. Bununla da 265.41 min manatlıq zərər edib. 2021-ci ildə 139.78 min manat zərər etmişdi.

BOKT-un 20 min manatı faiz gəlirləri olduğu halda, 290 min manatı əsas vəsaitinin satışından gəlirlər təşkil edib.

Qeyd edək ki, ötən il BOKT-a 4 mln. 490 min manatlıq kapital qoyulub.

232332323233323 243423423424234432

Son xəbərlər
Digər xəbərlər