10 C
Baku
Wednesday, November 27, 2024

“Birkart BOKT” üçqat böyüyüb

Kapital Bank-ın “Birkart Bank Olmayan Kredit Təşkilatı” MMC-sinin faiz gəlirləri ötən il 93.86 min manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə BOKT-un 2019-cu il üzrə hesabatında deyilir.

“Birkart BOKT”un xərcləri isə 241.64 min manat olduğundan, ikinci maliyyə ilini 147.79 min manatlıq zərərlə tamamlayıb. Bildirməliyik ki, bu öncəki ildə 3.08 min manatlıq zərər idi.

Üçqat böyümə

Kredit təşkilatı 2019-cu il ərzində 2.99 dəfə böyüməklə 1.47 mln. manata aktivlərə sahiblənib, bunun 1.17 mln. manatı uzunmüddətli debitor borclar təşkil edib. Cəmi öhdəliklərinin 100%-i kreditor borclar olmaqla 1.12 mln. manat təşkil edib.

Xatırladaq ki, bu BOKT 2018-ci ildə yaradılıb, 500 min manatlıq nizamnamə kapitalı “Kapital Bank” ASC-yə məxsusdur.

2 4 1 5

Son xəbərlər
Digər xəbərlər