24 C
Baku
Thursday, September 11, 2025

“Birkart BOKT”nin istiqrazlarına 62 investor müştəri çıxıb

Bakı Fond Birjasının (BFB) “Birkart BOKT” MMC-nin istiqrazları üzrə hərrac 11 avqustda başlayıb və 9 sentyabrda başa çatıb.

Banker.az xəbər verir ki, faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazların sayı 20 min ədəd, buraxılış həcmi isə 2 milyon manat təşkil edib. İlkin ticarət qiyməti 100 manat olub. İllik gəlirlilik 11,5 faiz müəyyənləşdirilib.

Ödənişlər buraxılış tarixindən etibarən 12 ay müddətində, hər 30 gündən bir həyata keçiriləcək.

Reallaşdırılmış və sifarişlərin ümumi həcmi 2 milyon manata bərabərdir. Yerləşdirmədə 62 investor iştirak edib və ümumilikdə 62 sifariş təqdim olunub.

Emissiyanın anderrayteri “PAŞA Kapital İ.Ş” QSC idi.

Son xəbərlər
Digər xəbərlər