2 C
Baku
Saturday, December 14, 2024

“Birkart BOKT”nin nizamnamə kapitalı yenidən artırılıb

“Kapital Bank” ASC-nin törəmə bank olmayan kredit təşkilatı “Birkart BOKT” MMC-nin nizamnamə kapitalı bir qədər də artırılıb.

Banker.az xəbər verir ki, BOKT-un nizamnamə kapitalı 418 min manat və ya 1.4% artırılmaqla 31 milyon 358 min manata yüksəlib.

Ötən ilin əvvəli BOKT-un nizamnamə kapitalı 8 milyon 540 min manatdan 30 milyon 940 min manata yüksəldilmişdi.

Qeyd edək ki, “Birkart BOKT” 2018-ci ildə yaradılıb. Ötən il açıqlanan məlumata görə BOKT özü “PAŞA Holdinq” MMC-nin törəməsi olan “Competo” MMC ekosistem şirkətində pay alıb. Hazırda 28 xidmət şəbəkəsinə malikdir.

Son xəbərlər
Digər xəbərlər