14 C
Baku
Wednesday, April 17, 2024

BirKart-dan Bolt gedişlərinə 30% endirim!

®Ölkənin ən məşhur taksit kartı olan BirKart partnyorlarının sırasını genişləndirərək bir sıra yeni sərfəli kampaniyalar təqdim edir. Bu dəfə BirKart Visa kart sahibləri Bolt şirkətinin taksi xidmətlərindən istifadə etməklə 30% endirim əldə etmək mümkün olacaq.

Kampaniyadan yararlanmaq üçün istənilən BirKart Visa kartları ilə (taksit və ya debet) Bolt taksilərində endirimli təklif olunan qiyməti seçərək nağdsız ödəniş etmək lazımdır. Bu zaman ödəniş üçün minimal və ya maksimal məbləğ tələbi yoxdur. Qeyd edək ki, endirim yalnız komfort taksilərinə tətbiq olunur, Apple Pay ödənişləri isə kampaniyada iştirak etmir. 30 aprel 2022-ci il tarixinədək davam edəcək aksiyadan BirKart sahibləri istədikləri sayda istifadə edə bilərlər. 

Qeyd edək ki, BirKart-ın 4 növü var – ƏDV, Cashback, Miles və Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi, loyallıq sistemləri və pulsuz SMS məlumatlandırma xidməti. BirKart-ın ölkə üzrə 10 000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.

 

Son xəbərlər
Digər xəbərlər