-1 C
Baku
Thursday, February 9, 2023

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanda şirkətini açır – 83 nəfəri işlə təmin edəcək

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyi qeydiyyata alınıb.

Banker.az xəbər verir ki, BƏƏ kapitallı “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyinə müəssisənin inşası üçün Sənaye Parkında 1 hektar ərazi ayrılıb. Şirkət burda elektrik avtomat və sayğac istehsal edəcək. İnvestisiya dəyəri 26 milyon manatdan çox olan müəssisədə 83 nəfər daimi işlə təmin ediləcək.

Bildirilib ki, bununla da, Sənaye Parkının rezidentlərinin sayı 32-yə çatıb.

Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər
X