Birləşmiş Krallıq gələn il Ukraynaya hərbi yardımı artıra bilər.
Bu açıqlama ilə Birləşmiş Krallığın baş naziri Rişi Sunak çıxış edib.
“Heç bir şübhəniz olmasın. Ukraynaya dəstəyimizi davam etdirəcəyik. Gələn il hərbi yardımı da artıracağıq. Ukraynanı müdafiə etməklə özümüzü müdafiə edirik” – deyə hökumət başçısı bildirib.