19 C
Baku
Thursday, May 2, 2024

Birləşmiş Krallıqda kimlər təhsil alacaq?

Unibank Birləşmiş Krallıqda təhsil almaq istəyən gənclərimiz üçün bu ölkənin ən tanınmış universitetləri ilə tanışlıq imkanı yaratdı . British Council Azərbaycanın təşkilatçılığı ilə keçirilən və Unibankın dəstək verdiyi “Education UK – Birləşmiş Krallıqda Təhsil” sərgisinə qatılan minlərlə gənc dünyanın ən yaxşı universitetlərində təhsil imkanlarını nəzərdən keçirdilər. 01-02 noyabr  tarixlərində  Bakıda keçirilən sərgi çərçivəsində Birləşmiş Krallıqdan 43 universitet, məktəb, kollec və dil kursu  gənclərimizin seçiminə verildi. 2 günlük sərginin iştirakçıları təhsil, təqaüd proqramları ilə tanış olaraq, universitetlər tərəfindən təşkil olunan seminarlarda maraqlandıqları suallara da  cavab tapdılar. Sərginin ən maraqlı hissəsi isə  hədiyyələrlə bağlı keçirilən müsabiqələr oldu.

1485096_10152469162561238_7172913057948795467_n

Sərgiyə qatıldıqları üçün Unibank-dan və tədbirin təşkilatçılarından  maraqlı hədiyyələr qazanan tələbələr, bundan əlavə sosial şəbəkələrdə paylaşmaları ilə də müsabiqə iştirakçısı oldular.  Unibank və British Council-ın birgə təşkilatçılığı ilə sərgi iştirakçıları arasında   #edukaz  həştaq müsabiqəsi keçirildi. Ən yaxşı və maraqlı həştaqı yazan 2 iştirakçı Unibank-dan xüsusi hədiyyə qazandı.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər