“Birmarket”ə yarandığı gündən bu tərəfə 184.7 milyon manata yaxın “maya” qoyulub

Ekosistem üzrə ixtisaslaşan iri şirkət “Competo” MMC-nin (“Birmarket”, əvvəlki: “Umico”) nizamnamə kapitalı 6,5 milyon manat və ya 3,6% artırılıb.

Banker.az xəbər verir ki, bununla da “Umico”nun nizamnamə kapitalı 178,38 milyon manatdan 184,88 milyon manata yüksəlib.

Şirkət 2018-ci ilin fevralında təsis edilərkən onun nizamnamə kapitalı 200 min manat olub. Beləliklə, yarandığı gündən bu yana şirkətə əlavə olaraq 184,684 milyon manat kapital qoyuluşu edilib.

Qeyd edək ki, 2025-ci ildə “Bir Kredit BOKT” “Competo”ya 0,011 milyon manat əlavə investisiya edib və törəmə müəssisəyə ümumi investisiyasının dəyəri 0,096 milyon manata çatıb. Eyni zamanda, “PashaPay” MMC “Competo”nun nizamnamə kapitalına 0,046 milyon manat qoyuluş edib. Nəticədə, cari ilin əvvəlinə “Bir Kredit BOKT”nin “Competo”da payı 54,09%, “PashaPay”ın payı isə 25,70% təşkil edib. Beləliklə, “Kapital Bank”ın “Competo”da dolayı ümumi mülkiyyət payı 79,79%-ə çatıb.

“Competo” MMC-nin nizamnamə kapitalının 68%-i “Kapital Bank” ASC-nin törəməsi “BirKart” BOKT MMC-yə məxsusdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər