Azərbaycanın aparıcı elektron ticarət platforması “Birmarket”də yeni təyinat olub.
Banker.az xəbər verir ki, Fərid İslamov “Birmarket”in Baş inkişaf inzibatçısı təyin edilib.
O, 2024-cü ilin sentyabrından 2026-ci ilin yanvar ayına kimi Bir ekosisteminin Loyallıq Proqramı İdarəsinin Baş direktoru olub.
Fərid İslamov 2023-2024-cü illlərdə “Kapital Bank”da Pərakəndə Biznes Ofisinin lideri, Müştəri dəyərləri ofisinin lideri kimi vəzifələrdə çalışıb.







