Qırğızıstanın Bişkek şəhər meri Əziz Surakmatov istefa verib.
“İnterfax” xəbər verir ki, o, istefa ərizəsini Bişkek şəhər məclisinə (keneş) göndərib.
Bildirilir ki, dünən axşam Qırğızıstan paytaxtının meriyası müxalifət partiyalarının 30-a yaxın nümayəndəsi tərəfindən tutulduqdan sonra Jooşbek Koenaliyev “xalq meri” elan edilib.
“6 oktyabr xalq inqilabından sonra Bişkekdə qanuna uyğun olaraq yeni bələdiyyə başçısı təyin olunana qədər xalq meri seçildi”, – deyə etirazçılar tərəfindən yayımlanan press-relizdə qeyd olunur.
Qırğızıstan Dövlət Televiziya və Radio Şirkətinin rəhbəri də istefa verib.