Ticarət zamanı bitkoinin qiyməti 26 mart 2026-cı ildən bəri ilk dəfə 70 min dolları ötüb. Bunu “Binance” platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 13:22-yə olan məlumata görə, bitkoin 4,93% artaraq 70,283 min dollar səviyyəsində olub.
Saat 13:56-da isə bitkoinin artımı zəifləyərək 69,768 min dollar (+4,09%) təşkil edib. Eyni vaxtda bazar kapitallaşmasına görə ikinci yerdə olan kriptovalyuta Ethereum (ETH) 5,21% artaraq 2 174,79 dollara yüksəlib.






