Son dövrlər dünyanı bürüyən bəlli səbəblə əlaqadar heç birimiz günlük həyatda hər hansı planla bağlı heç bir real addım ata bilmirik. Buna görə də “uçuş rejimindəyik”. Bu, bəzən bizi haqlı olaraq da ruhdan salır. Bəzilərimiz illərlə üzərində əziyyət çəkdiyimiz məqsədlərin bir addımlığında fəaliyyətimizi tamamən dondurmuşuq.
Yuxarıda qeyd olunanlar bizi nə qədər pərişan etsə də, beynimizdə bir an belə dayanmamalı, yeni-yeni araşdırmalar aparıb beynimizi, zehnimizi zənginləşdirməliyik. Artıq bu çətin günlər bitən kimi dərhal qaldığımız yerdən yeni enerji, həvəs və ideyalarala məqsədimizə doğru addımlamalıyıq. İmkanlarımızı dəyərləndirməliyik. İmkan dəyərləndirmək real vəziyyəti (çətinlikləri) üstələmək deməkdir. İçərisində olduğumuz vəziyyət nə qədər çıxılmaz görünsə də, hər zaman bir fürsət var və hər zaman bizim bir avantajımız var. Malik olduqlarımızı görə bilmək çox önəmlidir. Kiçicik bir büdrəməyə görə çəkilmək qətiyyən yol verilməzdir. “Bit sindromu”na qətiyyən yol verməməliyik.
Məlumunuzdur ki, öz boyundan dəfələrlə yüksəyə tullanma sahəsiində rekord göstərici bitlərə aiddir. Belə ki, onlar boylarından yüz dəfə çox hündürlüyə tullana bilirlər. Bir insanın eyni performansı göstərməsi üçün 200 metr hündürlüyə tullanmağı lazım gəlir. Hətta işin daha maraqlı yğnü bitlərin 78 saat dayanmadan tullanmalarına davam etmələridir.
Bitlər üzərində aparılmış maraqlı bir təcrübənin nəticəsini sizinlə paylaşmaq istəyirəm. Bir gün bitləri isidilmiş sacın üzərinə qoyurlar . bu halda dayanmadan tullanmağa davam edən bitlərin tullanma hündürlükləri 60 sm təşkil edir. Sonra bitləri 30 sm hündürlükdəki qaba qoyur və qapağını örtərək isidirlər. Tullandıqca başı qapağa dəyən bitlər beləliklə 29 sm tullanmağa başlayırlar. Bir müddət belə saxlanıldıqdan sonra qabın qapağı açıq şəkildə isitməyə davam edirlər. Lakin bitlər tullandıqları halda heç cür qabdan çıxa bilmirlər. Çünki artıq ən çox 29 sm hündürlüyə tullana biləcəklərini qəbul edirlər.
Müəllif: Aliyə Nuriyeva