“Bitcoin” bir gündə ikinci dəfə bütün zamanların ən yüksək səviyyəsini yeniləyib. Virtual valyutanın dəyəri 106 min dolları keçib, Bakı vaxtı ilə saat 4:40-a olan məlumata görə, kriptovalyuta 4.61% bahalaşaraq 106.44 min dollara çatıb.
20-dən çox birjada virtual valyutanın orta qiymətini nəzərə alan “CoinMarketCap” saytına görə, “Bitcoin”in dəyəri 4.34% artaraq 105.8 dollar olub.
“AFP” agentliyi yazıb ki, kriptovalyutanın dəyəri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın “Bitcoin”in tənzimlənməsinin sadələşdirilməsi ilə bağlı tədbirləri təşviq edəcəyi gözləntiləri əsasında artır.