3 C
Baku
Thursday, February 13, 2025

Bitcoin 2017-ci ildən bəri ilk dəfədir 22 min dolları keçib

“Binance” birjasındakı məlumatlara görə, bitcoin 2017-ci ilin dekabrından ilk dəfədir 13% bahalaşaraq 22 min dolları keçib. Beləliklə, elektron valyuta tarixi maksimumu bir daha yeniləmiş olub.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

İyirmidən çox birjada orta qiymətin hesablanması ilə məşğul olan “CoinMarketCap”ın portalının qeyd etdiyi kimi, hal-hazırda bitcoinin orta qiyməti 22 058 dollar təşkil edir.

Ekspertlərin fikrincə, yaxın bir neçə gündə 20 min dollara qədər ucuzlaşma ola bilər. Xatırladaq ki, qlobal kriptovalyuta bazarının 64,7%-i bitcoinin payına düşür.

Son xəbərlər
Digər xəbərlər