23 C
Baku
Saturday, April 27, 2024

“Bitcoin” 2022-ci ilin aprelindən bəri ilk dəfə 47 min dolları keçib

Bazar ertəsi axşam saatlarında “Bitcoin” (BTC) 2022-ci ilin aprelindən bəri ilk dəfə 47 000 dollardan yuxarı qalxıb. Çərşənbə axşamı, yanvarın 9-na keçən gecə BTC məzənnəsi 47 192 dollara qədər artıb.

“Alt Tab Capital” hedcinq fondunun həmtəsisçisi Greg Moritz bunu ABŞ-da ETF-lərin işə salınmasına hazırlaşan bazarla əlaqələndirir. Bununla yanaşı ekspert istisna etmir ki, Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) yeni məhsulun buraxılışı üçün müraciətləri təsdiq edərsə, yaxın günlərdə “Bitcoin” qiymətlərinin dəyişmə diapazonu əhəmiyyətli dərəcədə genişlənə bilər.

Digər populyar kriptovalyutalara gəlincə, “Ethereum” (ETH) 4.7% artaraq 2 352 dollara, “Binance Coin” (BNB) isə 0.5% möhkəmlənərək 307.5 ​​dollara çatıb.

bitcoin

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər