“Coindesk” platformasının məlumatlarına görə, “Bitcoin” məzənnəsi 2023-cü ilin dekabr ayının əvvəlindən bəri ilk dəfə 40 min dollardan aşağı düşüb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Bakı vaxtı ilə saat 4:54-ə olan məlumata görə, kriptovalyutanın qiyməti 39 821 dollar təşkil edib.
Yanvarın 11-də “Bitcoin”in məzənnəsi 49 min dollara yüksələrək iki ilin ən yüksək səviyyəsini yeniləyib və günün çox hissəsi 46 min dollardan yuxarı səviyyədə olub. Bu, ilk spot ETF-lərinin birja ticarətinə başlaması fonunda baş verib.
İlk ETF-lərin işə salınması bütün kriptovalyuta bazarının performansına birbaşa təsir edib. “Coinmarkecap.com”a görə, onun kapitallaşması 2022-ci ilin iyunundan bəri ən yüksək göstərici olan 1.84 trilyon dollara çatıb. Artıq yanvarın 10-da ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən fond qaydalarının təsdiqlənməsi fonunda “Bitcoin”in məzənnəsi 47.7 min dollar olub.