Bitcoin 70 min dolları keçir – Bazarda əhvali-ruhiyyə yüksəlir

Bitcoin iki aydan çox müddətdə ilk dəfə 70 min dollar həddini keçərək təxminən 72000 dollara yüksəlib.

Bloomberg-in yazdığına görə, kriptovalyuta bazarını ABŞ-ın uzunmüddətli xəzinə istiqrazlarının geri alınması planları, istiqraz gəlirliliklərinin azalması və dolların zəifləməsi dəstəkləyib. Donald Trampın kriptovalyuta sənayesinin rəhbərləri ilə görüşü də bazara əlavə impuls verib.

Bitcoin gün ərzində təxminən 4,1% bahalaşıb. Ethereum 5,3%, Solana 5%, XRP isə 5,5%-dən çox yüksəlib.

Bazarda institusional tələbin artması və iri bitcoin sahiblərinin yenidən alışlara başlaması da diqqət çəkir. Son 60 gündə “balinalar”ın Bitcoin mövqelərini təxminən 2,75 milyard dollar artırdığı bildirilir.

Cümə axşamı baş verən yüksəliş Bitcoinin əvvəlki gün 7% bahalaşmasından sonra gəlib. CoinGlass məlumatlarına görə, bu artım 24 saat ərzində kriptovalyuta bazarında 2,7 milyard dollar həcmində “short” mövqelərin ləğv edilməsinə səbəb olub.

Çərşənbə günü kriptovalyuta bazarında Donald Trampın “Coinbase Global Inc.”, “Payward Inc.” və “Blockchain.com Group Holdings Inc.” kimi şirkətlərin rəhbərləri ilə görüşündən sonra müsbət əhval-ruhiyyə yenidən bərpa olunub. Görüş Senatın avqust tətilinə çıxmasından əvvəl səsverməyə çıxarılmayan kriptovalyuta bazarının strukturunu tənzimləyən “Rəqəmsal Aktivlər Bazarının Aydınlığı haqqında Qanun” layihəsi ilə bağlı nikbinliyi də gücləndirib.

Bitcoin Roars Past $70,000 as Yields Sink, Trump Sparks Optimism

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər