3 C
Baku
Friday, February 28, 2025

“Bitcoin” 80 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti “Binance” birjasında ticarət zamanı 79.9 min dollara qədər ucuzlaşıb. Qeyd edək ki, kriptovalyuta 2024-cü il noyabrın 10-dan bəri ilk dəfə 80 min dollardan aşağı düşüb.

Bakı vaxtı ilə saat 7:05-ə olan məlumata görə, “Bitcoin” ucuzlaşmanı dayandırıb və 0.49% artaraq 86.2 min dollara çatıb. Hal-hazırda kriptovalyutanın dəyəri 79.8 min dollardır.

Yanvarın 20-də “Bitcoin”in qiyməti rekord həddə çatıb və 109.5 min dollar təşkil edib. Lakin bu həftə iki gün ərzində kriptovalyuta demək olar ki, 11% dəyər itirib. Bu, ABŞ prezidenti Donald Trampın başlatdığı tarif müharibəsi, o cümlədən böyük miqyaslı vəsait axınına səbəb olan “hack” hadisələri ilə əlaqəli olub.

Son xəbərlər
Digər xəbərlər