Bitkoinin qiyməti 97 min dolları keçərək yeni rekorda imza atıb. “Binance” birjasının məlumatına görə, Bakı vaxtı ilə saat 7:23-də kriptovalyuta 95 min dollar həddini keçib və 95.2 min dollara (+3.87%) çatıb. Pik həddə bitkoin 97 min dolları keçib. Hal-hazırda kriptovalyuta böyüməyə davam edir və 97.5 min dollardır.
“AFP” yazıb ki, kriptovalyutanın dəyəri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın bitkoinin tənzimlənməsinin sadələşdirilməsi ilə bağlı tədbirləri təşviq edəcəyi gözləntiləri fonunda artır.