27 C
Baku
Friday, July 18, 2025

Bitcoin bahalaşaraq yeni tarixi maksimuma yüksəldi – $121 300

Bitcoin siyasət və makroiqtisadi dəstək amilləri fonunda növbəti dəfə rekord həddə yüksəlib.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08.40 radələrində Bitcoin son olaraq $121 305
dollardan ticarət olunur.

ABŞ-dən olan investor Lui Navelyenin sözlərinə görə, bu artımın bir hissəsi institusional marağın artması ilə bağlıdır – bəzi mütəxəssislər bunu dövlətlərin artan borcu fonunda suveren valyutalara inamın azalması ilə əlaqələndirir.

“FP Markets” şirkətindən Aaron Hillin fikrincə, Tramp administrasiyasının kriptovalyutalara yönəlmiş addımları – məsələn, bitcoin ehtiyatının yaradılması – bu sahəyə legitimlik qazandırıb.

“Pepperstone”dan Dilin Vu bildirib ki, 2025-ci ilin əvvəlindən bəri spot Bitcoin ETF-lərinə 14.4 milyard dollar vəsait cəlb olunub və korporasiyalar da bu sahəyə daha fəal şəkildə qoşulurlar. Onun sözlərinə görə, bu həftə ABŞ-da institusional iştirakın qarşısındakı maneələri azalda və tənzimləyici sabitlik gətirə biləcək əsas kripto qanunvericiliyinə diqqət yönəlib. Həmçinin, əsas makroiqtisadi göstəricilər də izlənir – əgər faiz dərəcələrinin azaldılacağına dair gözləntilər zəifləyərsə, bu, kriptovalyutalara marağı azalda bilər.

Son xəbərlər
Digər xəbərlər