7 C
Baku
Sunday, December 15, 2024

Bitcoin-balinalar: 1000 insan bütün bazarın 40%-ni necə idarə edir

Bitcoin rəqəmsal valyutasının məzənnəsi inanılmaz dəyişkənlik xüsusiyyətinə malikdir. Hazırda dünyanın ən populyar rəqəmsal valyutasının məzənnəsi sutka ərzində 30% yüksələ, daha sonra isə 20% enə bilər. Kriptovalyutanın qiymətinə təxminolunmazlıq qatan problemlərdən biri böyük həcmdə Bitcoinə sahib olan şəxslərdir. Onları adətən Bitcoin-balinaları (Bitcoin whales) adlandırırlar. Onlar sərvətlərinin hətta kiçik bir hissəsini satmaqla məzənnənin dəyişməsinə səbəb ola bilərlər. 2017-ci ilin əvvəlindən kriptovalyutanın dəyərinin 15 dəfə artması bunu bir daha təsdiq edir.

Bütün Bitcoinlərin 40%-i 1000 istifadəçiyə məxsusdur. Banker.az xəbər verir ki, AQR Capital Management-in keçmiş icraçı direktoru Aaron Brown Bloomberg agentliyi ilə müsahibəsi zamanı bildirib ki, hazırki qiymət şərtlərində onlardan hər biri sərvətlərinin demək olar ki, yarısını satmaq istəyə bilərlər. Bundan əlavə, “balinalar” müqavilələri koordinasiya edə və yaxud bu haqda seçilmiş xüsusi şəxslərə məlumat verə bilərlər. Nəhəng Bitcoin sahiblərindən bir çoxu illərdir bir-birilərini tanıyırlar və əksəriyyət ona şübhə etdiyi zaman belə, ilk illərdən kriptovalyutaya inanmışlar.

 

Buna görə, “balinalar” bazarı çökdürmək və yaxud yüksəltmək üçün potensial olaraq razılığa gələ bilərlər. Tənzimləyicilər kriptovalyuta bazarında hadisələrin inkişafına çox ləng reaksiya verirlər, buna görə də, mövcud qaydaların əksəriyyəti qeyri-müəyyən təsir bağışlayır. Treyderlər yalnızca qiyməti yüksəltməklə kifayətlənməsə, həm də online olaraq şayiələr yayarsa bu artıq fırıldaqçılıq hesab oluna bilər. Bu yaxınlarda Bittrex birjası istifadəçilərə qiyməti manipulyasiya etmək üçün razılığa gəlmələri təqdirdə hesablarını blok edəcəyi ilə bağlı xəbərdarlıq etdi. Digər kriptovalyutalar üçün qanunlar fərqli ola bilər. ABŞ-ın Qiymətli kağızlar üzrə komissiyası belə hesab edir ki, altcoinlərin necə qurulması və investorların onlardan hansı şəkildə gəlir əldə etməyi planlaşdırmasından asılı olaraq, bəziləri real valyuta olaraq qiymətləndirilə bilər.

Bitcoinin bu yaxınlarda qiymətinin artmasını izah etmək çətindir, çünki kriptovalyutanın daxili dəyəri yoxdur. Bu 2009-cu ildə anonim mühəndisin işi sayəsində yaradılan və kompüterlərin müstəqil şəbəkəsini dəstəkləyən rəqəmsal ödəniş formasıdır. Tranzaksiyanın təsdiq olunması üçün kriptoqrafik alqoritmlərdən istifadə olunur. Rəqəmsal valyutanın tərəfdarları kriptovalyutanın bankları və ənənəvi pulları əvəz edə biləcəyini iddia edirlər. Lakin onun dəyəri kiminsə ona nə qədər pul ödəyə biləcəyi qədərdir. Məhz bu fakt onu qəfil qiymət dəyişikliyinin

Kriptovalyuta üzrə ixtisaslaşmış hedge fond menecerlərinin əksəriyyəti kimi Kayl Samani də ən nəhəng investorlara məxsus ünvanların fəallığını izləyir. O hər hansı bir fəaliyyət qeydə aldıqda ehtimal edilən satıcıya zəng edir və adətən səbəblər və treyderin planları haqqında məlumatlar əldə edir. Bəzi fondlar qiymətə təsir etməmək üçün açıq bazara çıxmadan birbaşa olaraq bir-birindən aktiv alır. Vəkil Harri Ross belə məlumt toplamanın kifayət qədər qanuni olduğunu iddia edir.

Adi investorlar əlbəttə ki, multimilyonçulara zəng edə bilməzlər. Buna baxmayaraq, nəhəng sahiblərin ünvanları əsasında vəsaitlərin hərəkətini izləyə və forumlarda qızğın müzakirələr edə bilərlər. “Balinalar”-ın planları onlar üçün naməlumdur.

Son xəbərlər
Digər xəbərlər