14 C
Baku
Friday, May 17, 2024

“Bitcoin” bir sutkada $2000 ucuzlaşıb

Mayın 2-si, Bakı vaxtı ilə saat 10:40-a olan məlumata görə, BTC 57.5 ​​min dollara satılır, Dünyanın ən populyar kriptovalyutası aprel ayını 14.7% enişlə yekunlaşdırıb.

Mart ayında 73,5 min dollarlıq tarixi maksimuma çatdıqdan sonra “Bitcoin”in qiyməti mayın əvvəlinə qədər 20% ucuzlaşıb. Kriptovalyuta bazarının ümumi kapitallaşması 2.2 trilyon dollar təşkil edir.

Son 24 saat ərzində kapitallaşma üzrə ən böyük altkoinlərin qiymətləri müxtəlif istiqamətlərdə hərəkət edib. “Dogecoin” (DOGE) və “Toncoin” (TON) qiymətləri 3-5% aralığında azalıb. “Ripple” (XRP), “Solana” (SOL) tokenlərinin qiymətləri isə son sutka ərzində müvafiq olaraq 4% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər