Bitcoin ABŞ lideri Donald Trampın İrana qarşı daha sərt zərbələrə işarə etməsindən sonra səhmlərlə birlikdə ucuzlaşıb.
Banker.az xəbər verir ki, cümə axşamı bitkoin 2.9% azalaraq təxminən 66 500 dollar səviyyəsinə düşüb. Ethereum və Solana isə daha böyük itki ilə müvafiq olaraq 4.9% və 5.1% geriləyib. “PAŞA Kapital İnvestisiya Şirkətinin” platfomrasındakı məlumata görə, bitcoin hazırda 66 200 dollardan da aşağı enib.
İnvestorlar riskli aktivlərdə mövqelərini azaltdığı üçün “MSCI Asia Pacific” indeksi 1.7% düşüb. Bu arada Brent markalı neftin qiyməti 5%-dən çox artaraq bir barel üçün 106 dolları ötüb.
Buna baxmayaraq, bitcoin martın sonunda beş aylıq eniş trendini dayandıraraq müəyyən dayanıqlılıq nümayiş etdirib.
Kriptovalyutaya tələb hələ də zəif qalır. İri investorlar xalis satıcıya çevrilib. “CryptoQuant” məlumatlarına görə yeni bitkoinlərə görünən tələb mənfi zonadadır. İnvestorlar tənzimləyicilərdən əlavə açıqlamalar və geosiyasi gərginliyin azalmasını gözləyir.
Çərşənbə günü ABŞ birjalarında listinq olunan spot bitkoin fondlarından 174 mln. dollar vəsait çıxarılıb.






