13 C
Baku
Sunday, November 24, 2024

Bitcoin ETF-ləri ABŞ seçkiləri ərəfəsində rekord $580 mln. itirib

Bitcoin ETF-ləri ABŞ prezident seçkiləri ərəfəsində xaricə kapital axını üzləşib, bu barədə “Bloomberg” yazır. Məlumata görə, “BlackRock” və “Fidelity Investments” daxil olmaqla 12 fonddan xaricə 579.5 milyon dollar pul axıb.

Agentlik hesab edir ki, rəqəmsal aktiv treyderləri ABŞ seçkilərindən dərhal sonra başlayacaq artan dəyişkənlik dövrünə hazırlaşırlar. Bununla belə, kriptovalyutalarla bağlı siyasətin orta və uzunmüddətli perspektivdə nəcə olacağı yalnız seçilmiş prezidentin komandası formalaşdıqdan sonra bəlli olacaq.

Noyabrın 5-də Bakı vaxtı ilə saat 13:09-da Bitcoin məzənnəsi 68 915.99 dollar (+0.21%) təşkil edib. Mart ayında Bitcoin bütün zamanların ən yüksək səviyyəsinə çataraq 73 798 dollara yüksəlib ki, bu da Bitcoin ETF-lərinə vəsait axınına təkan verib. Agentlik yazır ki, 2024-cü ildə bu kriptovalyuta təxminən 60% bahalaşıb ki, bu da səhmlərin və qızılın artımını üstələyir.

Bitcoin rekord qiymətə çatdıqdan sonra fondlara vəsait axını yavaşlayıb. 2024-cü ilin payızının əvvəlində isə Bitcoin ETF-ləri rekord kapital axını ilə üzləşib: investorlar bir həftə ərzində ETF-lərdən 1.2 milyard dollar çıxarıblar.

Son xəbərlər
Digər xəbərlər