“Bitcoin”in məzənnəsi həftəlik minimuma çataraq, 60 min dollardan aşağı səviyyəyə düşüb. Banker.az bu barədə ProFinance saytına istinadən xəbər verir.
Müəyyən nöqtədə kriptoaktiv 6%-dən çox ucuzlaşıb ki, bu da 5 avqustdan bəri ən böyük eniş olub. Səhər saat 7:17-yə olan məlumata görə, “Bitcoin” 59 375 dollara ticarət edilib. Dünyanın ikinci ən populyar kriptovalyutası olan “Ethereum” 7% dəyər itirərək, 2 478 dollar səviyyəsinə düşüb.
“Bitcoin” bu il 42% artaraq mart ayında rekord zirvəyə – 73 798 dollara çatıb. Sonradan uzun müddət bu səviyyədən aşağı qalmaq rallinin davam edəcəyinə şübhələr yaratmağa başlayıb.