9 C
Baku
Sunday, January 12, 2025

Bitcoin-i nə gözləyir?

Prezident seçilmiş Donald Trampın kripto sektoru ilə bağlı müsbət mövqeyi ilə yaranan nikbinliyin azalması ilə kripto bazarında satış dalğası yaşanıb.

Banker.az xəbər verir ki, Bitcoin bu gün $95 000 səviyyəsindən aşağı düşdü, kiçik rəqəmsal aktivlərdən ibarət indeks isə 15%-ə qədər azaldı və bu, 2024-cü ilin ən böyük günlük enişlərindən biri oldu.

Spekulyatorlar 5 noyabrda keçirilən ABŞ seçkilərindən sonra Trampın dəstəkləyici tənzimləmə mühiti yaratmaq və milli Bitcoin ehtiyatını dəstəkləmək barədə vədləri ilə kriptoya sərmayə yatırmağa başladılar. Bununla yanaşı, rəqəmsal aktivlərin məşhur dəyişkənliyi investorları tez bir zamanda yatırımlardan çıxmağa həssas edir.

Bitcoin 5 dekabrda $103 800 səviyyəsində rekorda imza atdı, lakin bundan sonra altı rəqəmli səviyyədə qalmaqda çətinlik çəkdi. “CoinGecko” izləyicisinin məlumatlarına əsasən, ümumi kripto bazarı son 24 saatda təxminən $200 milyard itirib.

Son ticarət fəaliyyəti “kripto ekosistemində de-leveraging” (borclanma azaldılması) tendensiyasını göstərir, – “Fundstrat Global Advisors LLC”nin rəqəmsal aktiv strategiyası rəhbəri Şon Farrell Bloomberg-ə bildirib. Farrellə görə, bunun səbəblərindən biri də çərşənbə günü açıqlanacaq ABŞ inflyasiya məlumatları ərəfəsində ehtiyatlılıq ola bilər ki, bu da Federal Ehtiyat Sisteminin faiz dərəcəsi azalması ilə bağlı gözləntilərə təsir edə bilər.

“Coinglass” məlumatlarına əsasən, son 24 saatda törəmə alətlərdən istifadə edərək qurulmuş $1.6 milyardlıq uzun (long) mövqeyi ləğv edilib, bu da levericlə ilə edilən yatırımların çökdüyünü göstərir.

TRAMPDAN NƏ XƏBƏR?

Tramp ABŞ-ın qiymətli kağızlar üzrə tənzimləyicisinin növbəti rəhbəri vəzifəsinə rəqəmsal aktivlərin tərəfdarını təyin edib və ilk dəfə olaraq Süni İntellekt və Kripto üzrə Ağ Ev müşavirini təyin edib. Əvvəllər kripto skeptiki olan Tramp, seçki kampaniyaları zamanı sektorun maraqlarını təbliğ etmək üçün böyük xərclərdən sonra mövqeyini dəyişib.

Rəqəmsal aktiv tərəfdarları üçün prezident seçilmiş Trampın Bayden administrasiyasının tətbiq etdiyi məhdudiyyətləri ləğv etməsi ilə bumu gözlənilir. Tənqidçilər isə kriptonun daha geniş qəbulunun çoxsaylı risklər yaratdığını bildirirlər.

Tramp prezident seçildikdən sonra ABŞ-da spot-Bitcoin birja ticarət fondlarına təxminən $10 milyard daxil olub. Bu arada, Bitcoin yığıcısı “MicroStrategy Inc.” bazar ertəsi daha $2.1 milyardlıq token aldığını açıqlayıb.

Farrell bildirib ki, treyderlər “MicroStrategy”nin əvvəlki alışları ilə bağlı elanlarını “bazardan xeyli böyük spot tələbin dolayısı ilə çəkilməsi” kimi qiymətləndirə bilərlər.

“Fairlead Strategies LLC” texniki analitiki Keyti Stokton qeyddə, Bitcoin-in $100,000 səviyyəsində qala bilməməsindən sonra “qısamüddətli neytral yanaşma” tövsiyə edib.

Son xəbərlər
Digər xəbərlər