22 C
Baku
Monday, May 27, 2024

Bitcoin-in kursunun düşməsi nəticəsində anonim treyder milyarder oldu

MarketWatch məlumat saytına istinadən RBK bildirmişdir ki, 9-12 ferval tarixlərində anonim treyder dörd yüz milyon ABŞ dolları məbləğində qırx mindən artıq bitcoin əldə etmişdir. Kriptovalyutanın cari kursu və artıq əldə etdiyi vəsaitlərini nəzərə alaraq onun milyarder statusu aldığını qeyd etmək olar.

Bitcoinin külli miqdarda alışını kriptovalyutanın sərbəst izlənilmə imkanı sayəsində müşahidə etmək mümkün olmuşdur. 9 fevral tarixindən etibarən 3Cbq7aT1tY8kMxWLbitaG7yT6bPbKChq64 ünvanı ilə pul kisəsinə qırx mindən artıq bitcoin daxil oldu. Bu zamana qədər orada artıq əlli beş min bitcoin var idi.

Ümumilikdə doxsan altı min bitcoin əldə etmiş naməlum sərmayeçinin əmlakı təxminən 1,097 milyard ABŞ dolları (19 fevral kursu ilə) təşkil etmişdir. Tetras Capital şirkətinin partnyor-təsisçisi Aleks Sannarborq qeyd edir ki, bu razılaşma ötən ilin sonundan etibarən bitcoinin düşən kursunun artmasına zəmin yaratdı və 6 fevral tarixindən başlayaraq bitcoin dəyərinin təxminən 40%-ni geri qazandı. Bitcoinin kursu 6 fevral tarixində təxminən altı min ABŞ dolları olduğu halda, ötən həftənin sonunda on min ABŞ dollarını da ötmüşdür.    

“Bu böyük alıcının kim olduğu məlum deyildir, lakin çoxları kursun düşdüyü zaman kriptovalyuta aldı və kursun bərpası, həmçinin ABŞ və Çin requlyatorlarının mövqeyinin aydınlaşması zamanı qazanc əldə etdilər”, – deyə Sannaborq bildirmişdir.

CoinMarketCap portalının verdiyi məlumata görə, Bakı vaxtı ilə 16:15-də bitcoinin kursu 5% artaraq $11,547.90 səviyyəsinə çatmışdır.  

image 8347763027995

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər