12 C
Baku
Friday, March 29, 2024

“Bitcoin” kriptovalyutasının mayninqinə İsveçrədən çox elektrik enerji sərf olunur

“Bitcoin” kriptovalyutasının mayninqinə İsveçrədən çox, Çexiyadan bir qədər az elektrik enerjisi sərf edilir. Bu haqda Kembric Universitetinin onlayn-xidmətinə istinadən “BBC” yazıb.
 
Yeni xidmətin qiymətləndirməsinə görə, İsveçrə ildə təxminən 58,46 teravatt-saat elektrik enerjisi sərf edir, halbuki “Bitcoin” kriptovalyutasının mayninqinə 58,93 teravatt-saat tələb olunur. Bu məlumat onu göstərir ki, dünya elektrik enerjisinin 0,21%-i elektron valyutanın mayninqinə sərf olunur.
 
Ekspertlər belə hesab edirlər ki, elektrik enerjisinin səmərəsiz istifadəsi hər il dünyada istifadə edilən tranzaksiyaların sayına görə effektiv deyil. Məsələn, “Bitcoin” vasitəsilə ildə yalnız 100 milyon maliyyə tranzaksiyası həyata  keçirilir, halbuki ənənəvi maliyyə sahəsində bu göstərici 500 milyarddan çoxdur.

©İctnews

Son xəbərlər
Digər xəbərlər