İspaniyanın Destinia turizm şirkəti müştərilərinə Ryanair, Easyjet və digər 6 aviaşirkətin biletlərini Bitcoin valyutası ilə almağı təklif edir. Turizm sahəsində nəhəng şirkət olan Destinia 2001-ci ildən etibarən fəaliyyət göstərir.
Şirkət 2014-cü ilin yanvar ayından başlayaraq BitPay ilə əməkdaşlıq sayəsində öz saytında Bitcoin ilə edilən ödənişləri qəbul etməyə başlamışdı. Lakin bu günə qədər Bitcoin valyuta ilə low-cost biletlər üçün ödəniş etmək xidmətini təqdim etmirdi.
Şirkətin verdiyi məlumata görə, demək olar ki, hər gün şirkətin saytında Bitcoin-lə ödənişlər həyata keçirilir. Kriptovalyuta əsas olaraq şirkətin İspaniya, Almaniya, Argentina və İsveçdə yaşayan müştəriləri arasında populyardır.