Bitcoin məzənnəsi bir günə 25% endi

0

Banker.az saytı xəbər verir ki, Bitcoin valyutasının məzənnəsi 27 may tarixində 25%, yəni 2021 dollara qədər enib. Bu zamana qədər kriptovalyutanın məzənnəsi son 5 ay ərzində artmağa davam edirdi.

28 may axşam saatlarında kriptovalyuta birjası Coinbase-də Bitcoin-in dəyəri 2121 dollara bərabər idi. Kriptovalyutanın məzənnəsinin belə qəfil dəyişməsinin səbəbi hələ ki məlum deyil. Bitcoin-in ümumi kapitalizasiyası iki gün ərzində 10 milyard dollardan çox enib. Mövcud olan bütün kriptovalyutaların ümumi kapitalizasiyası isə bu zaman 90 milyard dollardan 59,5 milyard dollara enib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qeyd edək ki, 2017-ci ilin əvvəlində Bitcoin-in ümumi dəyəri 1000 dollara bərabər idi. Kriptovalyutanın məzənnəsinin artmasına səbəb bir çox asiyalı investorlar tərəfindən nümayiş etdirilən tələbatdır. Misal üçün, Bitcoin bu yaxınlarda Yaponiyada ödəniş vasitəsi olaraq qəbul edildi.