Banker.az xəbər verir ki, Bitcoin rəqəmsal valyutasının məzənnəsi cümə günü yeni tarixi maksimuma çatıb və 3,5 min dolları geridə qoyub.
Ümumilikdə, 18:00-19:00 radələrində kriptovalyutanın məzənnəsi Bitfinex birjasında 3,53%, yəni 3,54 min dollara, BitStamp birjasında 3,54%, yəni 3,54 min dollara, Poloniex birjasında 3,59%, yəni həmçinin eyni 3,54 min dollara qədər artıb.
Bununla yanaşı, Ethereum rəqəmsal valyutası Bitfines birjasında 1,2% – 298,3 dollara qədər enib. Ripple məzənnəsi isə sözügedən bu birjada 1,06% – 17,9 sentə enib. Bitcoin Cash məzənnəsi isə 21,4% – 330,3 dollara qədər artıb.
Coinmarketcap.com məlumatlarına əsasən, ilk yüz kriptovalyuta içərisində ən sürətli templərlə artan Bitquence valyutasıdır. Bu rəqəmsal valyuta son 24 saat ərzində iki dəfədən çox artıb. Bundan əlavə, Civic 62,3%, Bytom 54,6%, Metal isə 47,7% artıb.